YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Aşıq Ələsgər küçəsi 64, Vunq Tau küçəsi 14 və Rahib Məmmədov küçəsi 18 ünvanlarında yerləşən

 ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib.

   YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlarda çıxış edərək  bildirib ki, müstəqilliyimizin yenidən bərpasından ötən 30 illik tarixi vərəqlədikdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra başlanan yolun tariximizə hər günü uğur səhifəsi kimi yazdığını böyük fəxr və inam hissi ilə qeyd edirik:  «Müstəqilliyimizin ilk illərinin böhranından, xaosundan, anarxiyasından,  özbaşınalıqlarından xilas olan Azərbaycan  sabitlik diyarına çevrildi, qısa müddətdə yeni dostlar, tərəfdaşlar qazandı. İqtisadi müstəqilliyini möhkəmləndirmək üçün biri-birindən əhəmiyyətli addımlar atdı və beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən onun   xarici ölkələrdə  təmsilçiliyini  xüsusi qeyd etdi. Bu baxımdan dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında birləşmələrinin  vacibliyi vurğulandı ki,  ötən illər bu sahədə də mühüm uğurlara imza atılması ilə yadda qalıb. Dünya azərbaycanlılarının beynəlxalq aləmə  səs salan birliyini  44 günlük İkinci Qarabağ müharibəsi dövründə daha  aydın şəkildə gördük. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təmələ əsaslanan bu birliyi daha da  sarsılmaz etdi.

Vüqar Rəhimzadə bu birlikdə tarixə xalqın partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasının rolundan bəhs edərək bildirib ki,  hər bir  partiya üzvünün həmrəyliyimizi qorumaq,  daha da möhkəmləndirmək, yeni-yeni hədəflərin gerçəkləşməsinə dəstək verməsi başlıca vəzifələrindəndir.

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Aşıq Ələsgər küçəsi 64,  Vunq Tau küçəsi 14 və  Rahib Məmmədov küçəsi 18 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçiliblər. Feyruz Həmzəyev Aşıq Ələsgər küçəsi 64 ünvanında yerləşən  ərazi partiya təşkilatının, Kəmalə  Şıxlinskaya Vunq Tau küçəsi 14  ünvanında yerləşən  ərazi partiya təşkilatının, Cavid Əliyev isə Rahib Məmmədov küçəsi 18 ünvanında yerləşən  ərazi  partiya təşkilatının sədrləri seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.