YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliya parlamentinin üzvü: Azərbaycanla yaxşı münasibətlərimiz var

Braziliya parlamentini təmsil edən şəxs kimi burada olmaqdan məmnunam. Burada şəhidlərin xatirəsini anmaqdan şərəf duyuram. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Onlar bu addımı böyük amal uğrunda atıblar.

Bunu jurnalistlərə müsahibəsində Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasia deyib.

Antonio Anastasia bildirib: “Azərbaycan qədim tarixə malik ölkədir. Həmçinin zəngin mədəniyyətə sahibdir. Azərbaycan gənc dövlət olsa da, burada olmaqdan şadıq. Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, əlaqələrimiz daha da möhkləmlənəcək”.