YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda Sabir Əhmədovun şəhadətinin ildönümü keçirilib

Oktyabrın 29-da Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş Əhmədov Sabir Səfər oğlunun doğulub boya-başa çatdığı rayonun Qəhrəmanlı qəsəbəsində il mərasimi keçirilib.

Mərasimdə iştirak edən YAP Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin ailəsinə təmkin və səbr diləyiblər. İştirakçılar şəhidlərin ruhlarına dualar oxuyub, əziz xatirələrini yad ediblər.

Qeyd edək ki, təşkilatın rəhbərliyi və fəalları davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələrinə baş çəkərək qayğıları ilə maraqlanır, həmçinin şəhid məzarlarını ziyarət edərək üzərlərinə gül-çiçək dəstələri düzürlər.