YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Mərkəzçi Demokrat İnternasionalı İcra Komitəsinin iclasında təmsil olunub

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov Mərkəzçi Demokrat İnternasionalı (CDİ) İcra Komitəsinin iclasında onlayn formada iştirak edib.

 İclasda CDİ-ın ötən dövr ərzindəki fəaliyyətinə dair qurumun Prezidentinin və Baş katibinin hesabatları dinlənilib.

 Daha sonra Sloveniya, Macarıstan və Xorvatiyanın baş nazirləri çıxış ediblər.

İclasda həmçinin, İcra Komitəsinin yeni üzvləri seçilib, büdcə müzakirələri aparılıb və regional nümayəndəliklər təsis olunub.