YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilir

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib.

İclaslarda VI Qurultaydan ötən dövr ərzində görülən işlərə dair hesabatlar verilir, təşkilatların sədrləri və müavinləri seçilir.

YAP Nizami rayon təşkilatının “Kamil Balakişiyev küçəsi 17A”, “B.Nuriyev küçəsi 33”, “Tofiq Abbasov küçəsi 3”, “Q.Qarayev prospekti 43a”, “Naxçıvanski küçəsi 72”, “Naxçıvanski küçəsi 53a”, “B.Nuriyev küçəsi 15”, “Q.Qarayev prospekti 93”, “Babək prospekti 101”, “Kamil Balakişiyev küçəsi 55” və “Çobanzadə küçəsi 71” ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra təşkilatların ötən dövr ərzindəki fəaliyyətləri müzakirə və təhlil edilib, Vətən müharibəsində qazanılmış parlaq zəfərin mahiyyəti barədə danışılıb. Müharibədən sonra formalaşan yeni reallıqlar fonunda və yeni siyasi konfiqurasiya şəraitində qalib ölkənin iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən söz açılıb.

Yığıncaqlarda YAP-ın Nizamnaməsində, eləcə də partiyanın yerli təşkilatları haqqında əsasnamədə ərazi partiya təşkilatlarının fəaliyyətini tənzimləyən əsas məqamlar haqqında da ətraflı məlumat verilib.

Çıxış edənlər diqqətə çatdırıblar ki, YAP-ın qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında dövlətə, xalqa xidmət dayanır.