YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib

Nərimanov rayonunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhid olan Bəkirli Azad Rasim oğlunun anım günü qeyd olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və partiya əməkdaşları şəhidin ildönümü ilə əlaqədar ailə üzvlərini ziyarət ediblər. Rayon təşkilatının sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib.

O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Bəkir kimi igid əsgər və zabitlərimizin müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verdiyini və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib.

Qeyd edək ki, şəhid Azad Bəkirli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.