YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin əziz xatirəsi yad edilib

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin- mayor Cəfərov Şahlar Fəzail oğlunun və Əsgərov Firavan Xanbala oğlunun il mərasimlərində iştirak ediblər.

YAP fəalları şəhidlərimizin ailə üzüvləri ilə görüşərək problem və qayğıları ilə maraqlanıblar.

Görüş zamanı igidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.