YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda şəhidin anım mərasimi keçirilib

Naftalan şəhərində Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Elyəddin Cəfərovun ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini  icra edən Hatəm Qocayev və aparatın əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. 

Daha sonra YAP Naftalan şəhər təşkilatının kollektivi şəhid Elyəddin Cəfərovun anım mərasimində iştirak ediblər.

YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev Şəhidin ailə üzvlərinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.