YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhidlərin anım mərasimində iştirak ediblər

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Tərtər rayon Kəngərli kənd sakinləri Mənsimli İntiqam Rövşən oğlu və Quluzadə Elmin Şəmsi oğlunun şəhadətinin birinci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində iştirak ediblər.

Əvvəlcə şəhidlərin  məzarı ziyarət olunub, onların  əziz xatirəsi böyük ehtiramla yad edilib.

Sonra YAP rayon təşkilatının nümayəndələri şəhidlərin anım  mərasimində iştirak edərək onların ailələrinə və yaxınlarına başsağlığı veriblər.

Şəhid ailələrinin üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.