YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri şəhidin anım mərasimində iştirak ediblər

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Quliyev Natiq Ramiz oğlunun ildönümünə həsr olunan anım mərasimində iştirak ediblər.

Partiyanın şəhər təşkilatının nümayəndələri şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onların qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Natiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Quliyev oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Quliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.