YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda şəhidin ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyinin və fəallarının Beyləqan şəhidlərinin ailələrini ziyarət etməsi, onların problem və qayğıları ilə maraqlanması artıq ənənəvi hal alıb. O cümlədən, qazilərin problemləri də daim onların diqqətindədir.

Oktyabrın 11-də rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Barat Nizami oğlu Quliyevin ildönümü mərasimində iştirak ediblər. Həmçinin, onlar şəhid ailəsinin problemlərilə maraqlanıblar.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.