YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: “Müstəqillik günü haqqında” qanun həm dövlətçilik tariximizin keçmişi, həm də gələcəyi ilə bağlı mühüm əhəmiyyət kəsb edir

“Parlamentin bu gün keçirilən iclasında müzakirəyə təqdim olunan qanun layihəsi həm dövlətçilik tariximizin keçmişi, həm də gələcəyi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, dövlətçilik tariximizlə bağlı əlamətdar günlər və onun necə adlandırılması milli tarixi yaddaşımızın düzgün əsaslarda formalaşması və gələcək nəsillərə də düzgün və dəqiq ötürüməsi baxımından olduqca vacibdir. Ona görə də 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı qanun layihəsinin müzakirə edərkən bir sıra mühüm xüsuslara diqqət yetirməli, bu dəyişikliyi zəruri edən şərtləri obyektiv əsaslarda düzgün şərh etməliyik. Hər şeydən öncə qeyd etməliyik ki, hazırda dövlətçiliyimizin inkişaf tarixi baxımından bu dəyişikliyi aktual edən mühüm bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələ Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəmiz və onun yaratdığı reallıqlarla bağlıdır. Reallıq isə ondan ibarətdir ki, qalib xalq kimi yenidən milad etdiyimiz bir vaxtda yeni çağırışlarla ayaqlaşmalı dünənimiz və bu günümüz arasında düzgün əlaqə qurmalıyıq. Bu mənada dövlətçilik tariximizin əlamətdar günləri, onların adları və bu adların daşıdığı məzmun xüsusi strateji komponent kimi çıxış edir. Buradakı ardıcıllıq və varislilik isə heç də ondan az əhəmiyyət kəsb etmir. Çünki belə tarixi yaddaş formulası təkcə ictimai şüurumuza doğruları ötürməklə deyil həm də bütün dünyaya dövlətçilik tariximizlə bağlı doğru informasiya verməklə səciyyəvidir. Ona görə də təqdim olunan qanun layihəsi hüquqi, siyasi baxımdan olduğu kimi  dil, üslub və terminalogiya baxımından da Azərbaycan dilinin tələblərinə uyğun şəkildə izah edilməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsində əks olunan dəyişikliyin hüquqi tərəfləri ilə bağlı layihənin giriş hissəsində xüsusi şərh verilib. Bu kifayət qədər əsaslandırılmış və obyektiv şərhdir. Çünki müstəqillik tariximizin hüquqi siyasi əsaslarını təmin edən tarixi aktlar və qərarlara istinad edilməklə bunlar arasında hüququn texniki baxımdan düzgün şərh edilməsinə diqqət çəkilir. Əsas məsələ üzərində ,yəni müstəqillik haqqında konstitusiya aktı ilə müstəqilliyin bərba edilməsi termininə vurğu edilərək ikincinin tarixi və hüquqi-siyasi gerçəklik baxımından daha dəqiq olduğu bildirilir .Doğurdan həm hüquqi baxımdan həm də sözün ifadə etdiyi məzmun baxımdan ikinci daha döğrudur. Çünki müstəqilliyin bərpa edilməsi ifadəsi milli yaddaşımıza və bütün dünyaya informasiya vermis olur ki , biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərba etdik .Əsil müstəqillik tariximiz isə 1918-ci ildən başlayır .Bunlar isə tamamilə fərqli şeylərdir , çünki birinci halda müstəqillik tariximiz təqribən 30 illik, ikinci halda isə artıq 103 illik keçmişlə əlaqələndirilmiş olur. Əslində yeni qanun layihəsini olduğu kimi qəbul etmək üçün elə bu izahat kifayətdir. Ancaq məsələ ondadır ki, biz həm də bu vaxta qədər “Respublika”  günü kimi qeyd etdiyimiz tarixi də bundan sonra “Müstəqillik” günü kimi qeyd edəcəyimizlə bağlı dəyişikliyi etməyə hazırlaşırıq. Bu isə bəzi hallarda ya yanlış anlaşılır, ya da qəsdən yanılş təqdim edilməklə istismar edilir .Beləliklə ictimai rəydə əslində zəruri və lazımlı olan bu tarixi dəyişiklik haqqında qeyri-obyektiv təəssürat yaradılır. Ona görə də bu məsələnin üstündə ayrıca dayanmaq zırurəti var. 1918-ci ildə Azərbaycan Xalq Çümhuriyyətini quran əcdadlarımız müstəqil dövlətimizin adını Azərbaycan Xalq Cümhuriyyəti qoydu. Bunu bütün dünyaya bəyan edərkən istifadə etdikləri termin isə ,,İstiqlal Bəyannaməsi,,  oldu.Yəni müstəqillik haqqında bəyannamə! Çünki hazırda dilimizdə ən çox işlənən sözlərdən olan müstəqillik və istiqlal sözlərinin hər ikisi ərəbcə ,,kll,, kökündən, daha dəqiq ,,kll,, sifətindən yaranıb .Mənası heç kəsə tabe olmayan, səlahiyyəti özündə olan deməkdir.Yəni müstəqiliymizi ifadə etmək üçün Xalq Çümhuriyyətimizi quran əcdaımız ,, İstiqlal Bəyannaməsi,, formulasını təsadüfən yox məhz bu sözün ehtiva etdiyi semantik məzmuna əsaslanaraq istifadə etmişdi .Ona görə də biz həmin günü elə ,,Müstəqillik ,, tariximiz kimi qeyd etməliyik .Bu həm dilimiz və onun semantikası baxımından həm də beynimizdə müstəqillik sözünün yaratdığı asossasiya baxımından düzgün və məntiqlidir. Bu günə qədər bayram etdiyimiz ,,Respublika , günü termininə gəldikdə isə qeyd etmək lazımıdr ki, heç bir halda Respublika sözü Müstəqillik və İstiqlal sözünün sinonimi olmadığına görə biz müstəqilliyimzi ifadə etmək üçün Respublika sözünü işlədə bilmərik .Respublika bir dövlətin idarəetmə formasını bildirən xususi termindir. Latın dilində dövlət işləri ,ictimai işlər mənasını ifadə edir .Hazırki məzmununa gəldikdə isə ali hakimiyyəti xalq tərəfindən seçilmklə formalaşdırılan idarəetmə forması deməkdir. Ona görə də siyasi ədəbiyyatda idarəetmə formasına görə dövlətləri təsnifatlandırarkən biz Prezidentli Respublika ,Parlamentli Respublika kimi ifadələrdən istifadə edirik və bu beynəlxalq leksikon üçün də anlaşılan olur .Yəni nə etimoloji və semantik nə də terminoliji baxımdan Respublika sözü müstəqilliyi ifadə etmir . Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Xaqlq Cümhuriyyətini quran böyük tarixi şəxsiyyət və dövlət xadimlərimiz də müstəqilliyimizi İstiqlal bəyannaməslilə dünyaya elan etdilər. Çünki İstiqlal da elə müstəqillik mənasını ifadə edir .Ona gör də bizim Respublika gününü Müstəqillik günü ilə əvəz etməmiz həm dililmizin tələbləri, həm beynəlxalq siyasi-hüquqi terminlərin tələbi həm də tarixi reallığımzn düzgün ifadə olunması baxımından olduqca doğrudur. Dəyişikliyin siyasi –hüquqi baxımdan zəruri edən xüsuslardan biri də hazırki reallıqlar və bu rellıqlar kontekstində formalaşmaqda olan yeni geostrateji çağırışlardır. Söhbət ondan gedir ki, hazırki müstəqil Azərbaycan Resbublikası müstəqillik haqqında konstiyusiya aktı qəbul edərkən özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi elan edib. Ancaq biz eyni zamanda bilirik ki, Xalq Cümhuriyyəti ilə Müstəqil Azərbaycan arasındakı tarixi mərhələdə bizim milli dövlətçiliyimizn ayrı bir həlqəsi, sovet dövrü olubdur.

“Doğrudur,  Sovet Azərbaycanı müstəqil dövlət deyildi ona görə ki, beynəlxalq hüququn suveren subyekti sayılmırdı. Ancaq hər halda mövcud idi və dövlətçilik ənənələrimizin davam etdirilməsi və milli kimliyimizin qorunması baxımından olduqca əhəmiyyətli idi Özünün sərhədləri, inzibati-siyasi struktutu , qanunverici və icraedici qrumları və.s var idi .Ona görə də dövlətçilik tariximizin ardıcıllığı baxımından xüsusi əhəmiyyət kəsb edirdi .Ancaq bizə o da məlumdur ki , sovet imperiyası Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradıb onun ərazisini öz tərkibinə qatdıqdan sonra Xalq Cümhuriyyətimizin beynəlxalq hüquqla tanınan sərhədlərini də ciddi şəkildə dəyişikliyə məruz qoymuş və daxili inzibati-siyasi strukturlaşmamıza yad olan tutaq ki, Dağlıq Qarabağ kimi süni struktur tərkibləri yaratmışdı.

Bu gün müzəffər Ali Baş Komandanımız öz qalib ordusu ilə bütün bunlara son qoyub. 7 iyul 2021-ci tarixində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaratmaqla 1921-ci il 7 iyul tarixindən bəri istifadə edilən süni Dağlıq Qarabağ adını tarixin arxivinə gömüb. Belə olan halda varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizn tarixi yaddaşımızda bərpası və düzgün asossasiya ediməsi üçün zəmin yaranıb. Bunlar milli yaddaşımızın bütövlüyü və ardıcıllığı baxımından olduqca əhəmiyyətlidir. Ona görə də, Xalq Cümhuriyyətindən bizə miras qalan huquqi-siyasi və demokratik irisi layiqincə davam etdirməklə yanaşı müstəqillik tariximizi də dəqiq ifadə etmək mili vəzifə kimi aktualdır”,-deyə millət vəkili vurğulayıb.