YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Gəncə teroru nəticəsində şəhid olmuş vətəndaşların xatirəsi anılıb

Şəmkir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Gəncə teroru nəticəsində şəhid olmuş Anar Adil oğlu Əlyevin və onun həyat yoldaşı Nurçin Emin qızı Əliyevanın ildönümü ilə əlaqədar məzarları ziyarət olunub.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının fəalları iştirak ediblər.

Əvvəlcə Gəncə teroru nəticəsində şəhid olmuş Anar Əlyevin və onun həyat yoldaşı Nurçin Əliyevanın məzarları ziyarət olunub, üzərinə tər güllər düzlüb, əziz xatirələrini böyük ehtiramla yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvlərini ziyarət edib, onlara dəstək olublar. 

YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev bildirib ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu.  Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını  30 il gözlədik. Ermənistan  əzəli ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun da fərqində idi.” 

F.Vəliyev qeyd edib ki, 2020-ci ildə sentyabrın 27-dən başlayaraq hərbi əməliyyatların getdiyi yerdən təxminən 100 kilometr aralıda yerləşən Gəncə şəhəri bir neçə dəfə atəşə məruz qalıb: “Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində Gəncə şəhərində 25 dinc sakin həlak olub, 100-dən çox dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 7 yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə ciddi ziyan dəyib. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri daha bir terroru nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan Anar Adil oğlu Əlyev və onun həyat yoldaşı Nurçin Emin qızı Əliyeva da həyatlarını itiriblər.”

Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.