YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsi yad edilib

Göygöl rayonunda Maqsud Vüqar oğlu Məmmədovun Vətən müharibəsi zamanı şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, 1 yanvar 1992-ci ildə Göygöl şəhərində anadan olan Maqsud Vüqar oğlu Məmmədov 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə, Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edib. Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Maqsud Məmmədov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.