YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Cahangir Baxışovun anım mərasimi keçirilib

Qobustan rayonunun Nardaran kəndində Vətən müharibəsi şəhidi Baxışov Cahangir Əmrah oğlunun şəhadətinin  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının və huquq mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib.

Mərasim iştirakçıları “Vətən uğrunda” medalı ilı təltif olunmuş  şəhid Baxışov Cahangir Əmrah oğlunun ailə üzvüləri ilə görüşmüş və qayğıları ilə maraqlanıblar.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.