YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: “Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etməkdir

Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 11-də keçirilən iclasında “Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etmək, xalqımızın tarixindəki iki mühüm hadisəyə qiymət verməkdir.