YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qax rayon təşkilatının fəalları şəhidin anım mərasimində iştirak ediblər

YAP Qax rayon təşkilatının fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Babayev Samsun Şəmsəddin oğlunun ildönümünə həsr olunan anım mərasimində iştirak ediblər.

Partiya fəalları şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onların qayğıları ilə maraqlanıblar.

Daha sonra şəhid Babayev Samsunun məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.