YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rəşad Zeynallının ildönümü mərasimi keçirilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhadət zirvəsinə ucalan Zeynallı Rəşad Qiyas oğlunun ildönümü mərasimi keçirilib.

Bu münasibətlə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiya nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüblər, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra təşkilat nümayəndələri şəhid Zeynallı Rəşadın barelyefinin və şəhidlərə həsr edilmiş foto-stentin açılışında iştirak ediblər.

Anım mərasiminə də qatılan tədbir iştirakçılar ailə üzvləri ilə görüşərək, onların qayğıları ilə maraqlanıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.