YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında təhsil sahəsində çalışan ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında təhsil sahəsində çalışan ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Rayon təşkilatının sədri Vüsar İsmayılov bütün təhsil işçilərini Müəllimlər Günü münasibətilə bir daha təbrik edib. Görüş iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı, partiyanın yeni qəbul edilən Nizamnaməsi, partiyanın və rayon təşkilatlarının strukturu haqqında ətraflı məlumat verib. Bildirib ki, bu gün ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və s. sahələrində qazandığı uğurlarda Yeni Azərbaycan Partiyası da böyük rol oynayır. Çünki ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyev əsl mütərəqqi ideyalara malik bir liderdir. O, dövlətimizin gələcək tərəqqisini təmin edəcək islahatları həyata keçirməklə yanaşı, partiyanın gələcək inkişafında və ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynaması üçün məqsədyönlü, uzunmüddətli hədəflərə imza atır. Dövlət başçısının bu siyasəti ölkəmizə rəhbərlik etdiyi illər ərzində gördüyü işlərdə özünü bariz şəkildə büruzə verir. Xüsusi vurğulamaq lazımdır ki, məhz dövlət başçısının Ali Baş Komandan kimi rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfər əldə olunan və olunacaq zəfərlərin ən təntənəlisi idi.

Vüsar İsmayılovun sözlərinə görə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə qazilərimizə yüksək diqqət və qayğı göstərilir. O, həmçinin vurğulayıb ki, ölkəmizi və partiyamızı gələcəkdə daha uğurlu və perspektivli işlər gözləyir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işləri sürətlə gedir. Hərbi potensialımız artırılır, müdafiə sənayesi sahəsində yeniliklərə nail olunur. Təbii ki, bütün bunlar dövlətçiliyimizin inkişafını və təhlükəsizliyini təmin edən əsas məsələlərdəndir.

Görüşdə daha sonra rayon təşkilatının fəaliyyəti ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ərazi partiya təşkilatlarının sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.

Görüşdə çıxış edən təşkilat sədrləri onlara göstərilən etimadı doğruldacaqlarını, verilən tapşırıq və tövsiyyələri məsuliyyətlə yerinə yetirəcəklərini bildirdilər.