YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsi anılıb

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun ildönümü münasibəti ilə təşkil olunan anım mərasimində iştirak ediblər.

Təşkilat üzvləri İkinci Fəxri Xiyabanda dəfn edilən şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və partiya nümayəndələri Vətən qəhrəmanının ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Rəşad Quliyev ölümündən sonra Prezidentin müvafiq Sərəncamlarına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”,  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.