YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən iki şəhidin ailəsinə baş çəkib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidləri - Yusif Budaqovun və Fərid Əliyevin ailə üzvləri ilə görüş keçirib.

Görüşdə qəhrəman şəhidlərin ailə üzvləri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.