YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatının nümayəndələri Şəhid Xəyal Həsənovun ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Xəyal Həsənovun ildönümündə ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.

Mərasimdə Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə vurğulanıb ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Sonra YAP Şabran rayon təşkilatının əməkdaşları tərəfindən şəhidin qəbri ziyarət edilib, məzarı üstünə tər güllər düzülüb.