YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda şəhid Şahin Qədirovun xatirəsi anılıb

Oktyabrın 6-da Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin deputatı Aydın Hüseynov ötən il oktyabrın 6-da  Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Qədirov Şahin Bayram oğlunun Səngəçal qəsəbəsindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Həmin gün rayonun rəhbərliyi Çeyildağ qəsəbəsində təşkil olunmuş şəhidin il mərasiminə qatılıb, onun ailə üzvlərinə və doğmalarına baş çəkiblər. Vətən müharibəsi şəhidinin əziz xatirəsi ehtiramla yad edilib.