YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhid Bayram Qasımovun xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, Gədəbəy Rayon Rayon İcra Hakimiyyətinin başçısının müavini Natiq Nağıyev,  rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid,​ rayonun Novoivanovka  kənd sakini Qasımov Bayram Arzu  oğlunun ildönümü münasibətilə keçirilən anım tədbiri keçirilib.

Tədbir iştirakçıları şəhidin ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib, ruhuna dualar oxunub.

Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.