YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Xalid Mecdunovun ildönümü münasibətilə məzarı ​ziyarət edilib

Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev və YAP fəalların iştirakı ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən Qobustan rayonu Poladlı kəndindən şəhid olmuş Xalid Mecdunovun  ildönümü münasibətilə məzarı ​ziyarət olunub.

Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin ailəsi ziyarət edilib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edilib. Bildirilib ki, şəhid Xalid Mecdunov kimi qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda qalacaq.