YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda şəhid Kərim Məmmədovun ildönümü münasibətilə məzarı​ ziyarət olunub

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən şəhid Məmmədov Kərim Namil oğlunun ildönümü münasibətilə məzarı ​ziyarət olunub. Samux rayon Sarıqaya kənd sakini olan şəhidin xatirəsi  ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Mərasimdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan qələbənin tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, eləcə də sağlamlıqlarını itirən qazilərimizin keçdikləri şərəfli döyüş yollarından danışıblar.