YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid leytenant Musa Əsgərovun ildönümünə həsr olunmuş mərasim keçirilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Sabirabad kənd sakini, leytenant Əsgərov Musa Əlifağa oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

Mərasimdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışılıb.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyindən bəhs ediblər, şəhidlərin valideyinlərinə Allahdan səbr, qazilərimizə şəfa diləyiblər.

 Allah bütün şəhidlərimizə rəhmət etsin!

DİGƏR Xəbərlər Arxiv