YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Cavid Hüseynovun anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri rayonun Hamarqışlaq kəndində şəhid Hüseynov Cavid Habil oğlunun anım mərasimində iştirak ediblər. 

Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Anım mərasimində onun döyüş yolundan söhbət açılıb, şəhidin valideynlərinə təsəlli verilib. 

Daha sonra şəhidin adının əbədiləşdirilməsi məqsədilə yaşadığı kənddə inşa olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. 

Allah bütün şəhidlərimizə rəhmət etsin!