YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhid İsrayıl Cəfərzadənin ev muzeyinin açılışında iştirak edib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev və təşkilatın əməkdaşları şəhid Cəfərzadə İsrayıl Namiq oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Onlar, həmçinin şəhid İsrayıl Cəfərzadənin yaşamış olduğu evdə yaradılmış ev muzeyinin və şəhidin adına inşa edilmiş bulağın açılışında iştirak ediblər. 

 Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşmuş İ.Cəfərzadənin ailə üzvlərinə səbr arzulayan M.Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.

Qeyd edək ki, İ. Cəfərzadə 30.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olub. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirib. Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil alıb. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə edib. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İ.Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi alıb.

İ.Cəfərzadə 16.10.2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” və “İgidliyə görə”medalları ilə təltif olunub.