YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar rayon Bəydili kəndindən olan şəhid Gözəlzadə Ceyhun Nazim oğlu və şəhid Bağırlı Hikmət Qəhrəman oğlunun  ildönümləri ilə əlaqədar olaraq ailələrini ziyarət ediblər.

Daha sonra şəhidlərin məzarları ziyarət edilib və dərin ehtiramla yad edilərək üzərlərinə tər gül dəstələri qoyulub.