YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

44 günlük Vətən müharibəsinin şəhidləri – kapitan Həmidağa Hüseynzadə və Rəşad Mikayılzadə Yasamal rayonunun ictimaiyyəti tərəfindən anılıb

Şəhid hərbi qulluqçuların Yasamal rayonunda yerləşən 2-ci Fəxri xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

 Anım mərasimdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Həmidağa Hüseynzadə müharibədə göstərdiyi rəşadətə görə, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Rəşad Mikayılzadə isə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər. E.Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər.

Anım mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları və Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhidlərin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.