YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Moskva Ermənistan-Azərbaycan sərhədində yaşanan problemlərin həlli ilə bağlı təkliflərini tərəflərə təqdim edib

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində insident problemlərinin dayanıqlı və uzunmüddətli həllini Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılmasında, daha sonra bütün sərhəd boyu demarkasiya aparılmasında görür.

Bu barədə Moskvada brifinqdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamenti direktorunun müavini Aleksey Zaytsev bildirib.

“Moskva müvafiq danışıqlar prosesinin başlanmasının təmin edilməsi üzrə təklifləri formalaşdırıb, Yerevana və Bakıya verib. Tərəfdaşların reaksiyasını gözləyirik”, - deyə diplomat vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün mümkünlüyü barədə sualı cavablandıran A.Zaytsev qeyd edib ki, ATƏT-in Minsk qrupu tərəfindən yeni danışıqların təşkili ciddi hazırlıq tələb edir.

“Rusiya həmişə bunu əsas götürüb ki, müntəzəm dialoq, xüsusən yüksək və ali səviyyədə dialoq problemli məsələlərin həlli üçün qarşılıqlı anlaşmanın əldə olunmasına və konstruktiv mühitin dəstəklənməsinə kömək edir. Məhz Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə müntəzəm əlaqələri sayəsində Qarabağda qan tökülməsinin qarşısını alan və regionda dinc həyatın əsasını qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaq mümkün oldu”, - deyə RF XİN rəsmisi qeyd edib.