YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu arasında bağlanmış Sazişi təsdiqləyib

Milli Məclis Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişi təsdiqləyib.

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Saziş"in təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirə olunub.

Tərəflər arasında Saziş məktublar mübadiləsi formasında 2019-cu il mayın 31-də bağlanıb və iyunun 21-də imzalanıb.