YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət edib

YAP İmişli rayon təşkilatı 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibəti ilə rayonda silsilə tədbirlər keçirib. Belə ki, rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Səfa Ağayev və  partiya fəalları rayonda  ağacəkmə kampaniyasında iştirak ediblər,

O cümlədən Bəhramtəpə qəsəbəsində şəhid Elgün Həsənovun, Əliqulular kəndində şəhid Rəcəb İsmayılovun məzarları ziyarət edilərək üzərlərinə gül çiçək dəstələri qoyulmaqla onların  əziz xatirələrinə dualar oxunub.