YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatında qazilər və müharibə veteranları ilə görüş keçirilib

İkinci Qarabağ müharibəsinin ildönümü  ilə əlaqədar olaraq  YAP Samux rayon təşkilatında 44 günlük Vətən müharibəsində şanlı zəfər yolu keçən, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşən qazi və müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşdə qazilər Həsənov Vüqar Asim oğlu, Zamanov Teymur Rafiq oğlu, Abbasov Amil Yaşar oğlu, eləcə də  müharibə veteranları Qurbanov Müharib Maarif oğlu, Məmmədzadə Əkbər Xaliq oğlu və Həsənov Qurban Həsən oğlu iştirak ediblər.

Əvvəlcə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan bəhs edib.

Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışan Gündüz Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyası  daima şəhid ailələrinin və qazilərimizin  yanındadır.

Görüşdə çıxış edən qazilər və müharibə veteranları onlara göstərilən diqqət və qayğı üçün təşəkkür ediblər. Onlar müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər. Vurğulanıb ki, artıq Azərbaycan xalqı qalib və məğrur xalqdır.

Daha spnra çıxış edən fəal gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən ətraflı danışıblar.