YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Şurasına üzv ölkələrin XİN rəhbərlərinin iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilir.

İstanbulun Dolmbaxça sarayında keçirilən iclasda Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib.

Tədbirdə Əfqanıstanla bağlı məsələlər müzakirə olunur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən çağırılan iclasda üzv ölkələr Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi ölkə Macarıstanın xarici işlər nazirləri iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı keçiriləcək.