YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Melih Yevdayev: Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, milli və dini birliyin harmoniyasını yaradıb

Ermənilər azərbaycanlıların haqq işi uğrunda başladıqları Vətən müharibəsinin ilk günündən bu müharibəni beynəlxalq aləmdə başqa müstəviyə keçirmək istəyirdilər. Amma onlar bu istəklərinə nail ola bilmədilər.

Bunu Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 27 sentyabr - Anım Günü münasibətilə “Biz birlikdə güclüyük” devizi altında təşkil edilən tədbirdə söyləyib.

M.Yevdayev deyib ki, Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, milli və dini birliyin harmoniyasını yaradıb.