YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı olub

Sentyabrın 23-də İstanbulda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

Kitabda Hulusi Kılıçın müharibə günlərində media quruluşları ilə fəal əməkdaşlığının real nəticələri öz əksini tapıb.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın, Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, ölkəmizin İstanbuldakı baş konsulu Nərmin Mustafayeva Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə tarixi günlər yaşadığını bildirib, bu şanlı Qələbənin Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli çıxışları, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində qazanıldığını vurğulayıblar.

Bu şanlı Qələbə bütün türk dünyasının Zəfəri olaraq qiymətləndirilib, qardaş Türkiyənin həmin mürəkkəb dövrdə Azərbaycanın yanında dayandığı qeyd edilib.

Hulusi Kılıçın Azərbaycan üçün ən çətin və həssas zamanda çalışdığını bildirən çıxışçılar, həm Azərbaycanda, həm də Moldovada səfir kimi fəaliyyət göstərdiyi dövrdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətləri olduğu qeyd edilib.

Mərasimdə çıxış edən H.Kılıç 44 günlük Vətən müharibəsi zamanı ruhunun və fikrinin daima Azərbaycanın yanında, cəbhədə olduğunu bildirib: “Biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur. Mən bu kitabda hər gün bir şeylər yazmağa, mediada çıxışlar edərək türk xalqını məlumatlandırmağa çalışdım”.

Qeyd edək ki, kitabdan əldə edilən gəlir “YAŞAT” Fonduna bağışlanılır.