YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.