YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: VİP sədri Əli Əliyevin tutduğu mövqe anti-milli xarakterlidir, dövlətçilik əleyhinədir

“Bu gün Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Uzun illər sonra Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarını azad etdi. Heç kəs inkar edə bilməz ki, hazırda Azərbaycan regionda yeni reallıq yaradıb. Beləliklə də, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub ki, bununla da yeni tarix yazılmaqdadır. Lakin çox təəssüflər olsun ki, bu gün ölkəmizdə özünə siyasətçi deyən adamlar da tapılır ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır, çıxışları ilə ictimai çaşdırır, hətta bir sıra hallarda ermənilərlə eyni fikirləri bölüşürlər. Belə “siyasətçilərdən” biri də VİP sədri Əli Əliyevdir. Hazırda VİP sədri Əli Əliyevin tutduğu mövqe anti-milli xarakterlidir, dövlətçilik əleyhinədir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, sədrlik etdiyi partiyadan fövqəladə qurultayla qovulan Əli Əliyevin bu gün Azərbaycan dövlətinin rəhbərliyi, xarici siyasəti, Yeni Azərbaycan Partiyası haqqında qərəzli fikirlər, təhqirlər səsləndirməsi heç bir halda qəbul edilə bilməz: “AMİP lideri Etibar Məmmədovla qohumluq əlaqələrinə görə siyasətə gələn, bacarıqsızlığına görə partiya sədrliyindən qovulan, AMİP-i parçalamağa cəhd edib qondarma VİP adlı partiya yaradan, fəaliyyəti müddətində Azərbaycan dövləti, xalqı üçün bircə faydalı iş də görməyən biri hansı haqla ittihamlar, təhqirlər səsləndirir? Bircə nəfər də olsun üzvü olmayan, özündən başqasının yer almadığı bir partiyaya sahib olan Əli Əliyev 760 minlik üzvü olan Yeni Azərbaycan Partiyasının ünvanına təhqirlər yağdırmaq əvəzinə ancaq onun keçdiyi şərəfli mübarizə yolunu özünə nümunə götürə bilər. Yeni Azərbaycan Partiyası AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Azərbaycan işğal olunarkən, parçalanma, vətəndaş müharibəsi həddinə gətirilərkən bir müxalifət partiyası kimi xalqın mütləq əksəriyyətinin dəstəyini qazandı, hakim partiyaya çevrildi. Dövlətçilik və xalq naminə fəaliyyətinə görə YAP 1993-cü ildən bu günə qədər insanların etimadını qazanır. Bu günə qədər qatıldığı seçkilərdə 1 faizdən artıq səs toplamağı bacarmayan Əli Əliyev kimilər isə etimadsızlığa, dəstəksizliyə görə günahı ancaq özlərində axtarmalıdırlar. Sədr kimi özünün hər il ianə olaraq partiyasının büdcəsinə 200 manat pul köçürən, guya bu vəsaitlə siyasi təşkilatı idarə etdiyi görüntüsü yaradan Əli Əliyev bu gün ictimaiyyətdə nəinki siyasi partiya sədri, heç QHT sədri kimi də qəbul edilmir. Ona görə də, yaxşı olar ki, Əli Əliyev elə ixtisasına uyğun işlərlə məşğul olsun”.

“Çox maraqlıdır ki, bir çoxları sosial şəbəkələrdə qaragüruh alqışı, bəyənməsi, baxışı qazanmaq üçün Yeni Azərbaycan Partiyasını hədəfə alırlar” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu faktın özü də YAP-ın nüfuzundan, nəhəngliyindən xəbər verir: “Özünə müxalifət deyən Əli Əliyev kimi siyasi partiya sədrləri populist fikirlər səsləndirməklə “youtube”də topladıqları baxış sayları da sabun köpüyündən başqa bir şey deyildir. Çıxış etdikləri verilişlər başa çatdıqdan sonra unudulur. Çünki fikirlər ancaq ittihamdan, təhqirdən ibarət olur. Çıxışlarda alternativ layihələr, planlar səsləndirilmir. “Mən müdafiə naziri olsaydım çoxdan torpaqları azad edərdim”, “vaksinasiya bir oyundur, heç kəs peyvənd olunmasın” kimi sərsəm fikirlər səsləndirən Əli Əliyevi ictimaiyyət hansı səbəbdən ciddi biri kimi qəbul etməlidir? Sosial şəbəkələrdə yaratdığı hesabların sayının çox olması da onu sübut edir ki, Əli Əliyev virtual aləmdə də özünü tapa bilməyib. Özünü yalnız doğrultmağı bacarmayan pis bloqqer, trol kimi nümayiş etdirib. Bu səbəbdən də özü bu suala cava versin ki, insanlar Əli Əliyevi hansı keyfiyyətinə görə siyasətçi kimi görməlidir?”.

DİGƏR Xəbərlər Arxiv