YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda hakimiyyətə iddialı olan üzdəniraq “siyasətçi”

Rauf Əliyev

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış daxili və  xarici siyasət strategiyasının nəticəsində Azərbaycan dünyanın hərtərəfli sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik olan ölkələrindən birinə çevrilmişdir. Ən mühüm olan odur ki,  xalqımız uzun illər arzu etdiyi ən böyük məqsədinə nail oldu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən  müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız işğaldan azad  olunub. Azərbaycanın Müzəffər  Ordusu şanlı tarix yazdı. Bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıyır.

   Cənab Prezident İlham Əliyevin müyyənləşdirdiyi və həyata  keçirilən hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmlətdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmamışdır.

  Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən  COVİD-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmşdır. Dünya Bankının “Doinq Business” hesabatında reytinqə görə Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan 74 inkişaf etmiş ölkə arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında  beşinci yerdədir. Azərbaycan Hökumətinin uzunmüddətli strategiyası üzrə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə  11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilər də yüksəkdir. Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə dünya üzrə 24-27-ci yerdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Əlbətdə Azərbaycanı istəməyən xarici qüvvələr və onların dəyirmanlarına su tökən, daxilimizdəki antimilli qüvvələr Azərbaycanın əldə etdiyi  bu uğurları qəbul edə bilmirlər, bununla  heç cürə barışa bilmirlər. Artıq onların gücü ancaq izləyicilərini yalan və böhtanlarla dolu, təstiqini tapmayan məlumatlarla manipulyasiya etməyə çatır.

   Son zamanlar sosial şəbəkələrdən siyasi kapital toplamaq məqsədi ilə istifadə edən, Azərbaycanda hakimiyyətə iddialı olan üzdəniraq “siysətçilər” heç bir reallıqlara əsaslanmayan, yalan, böhtan xarakterli məlumatlarla manupulyasiya edərək özlərini təbliğlə məşğuldurlar. Bu şəxslərdən biri 1989-1991-ci illərdə AXCP-nın üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri Əli Əliyevdir. Keçdiyi həyat yolu deməyə əsas verir ki, bu şəxs sabit əqidəyə malik olmayıb. Bu günə qədər bir-neçə siyasi partiyanın ideologiyasının təbliğatçısı gələcəkdə yeni siyasi hərəkatların iştirakçısına çevrilə bilər. Belə, tez-tez siyasi əqidəsini dəyişdirən bu şəxs və onunla eyni cəbhədə olan ağa qara deməyi bacaran üzdəniraq “siyasətçilər” sosial şəbəkələrdən, bəzi internet televiziya kanallarından istifadə edərək izləyicilərinə heç bir reallığa əsaslanmayan, yalan və böhtanlarla dolu məlumatlar çatdırırlar.

    Müstəqillik dövründə, 2003-cü ilə kimi Ulu Öndər Heydər Əliyevin, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi misilsiz uğurları görməzdən gələn, bu uğurları həzm edə bilməyən bu üzdəniraq “siyasətçilər”, hakimiyyət hərisləri başa düşmürlər ki, artıq onların zamanı çoxdan keçib.  Azərbaycan xalqı kimin-kim olduğunu çox yaxşı başa düşüb.  Azərbaycan tarixində heç vaxt olmayan  xalq-iqtidar  həmrəyliyi yaranıb.

    Əldə olunmuş uğurlar deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasi və iqtisadi islahatlar, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan yüksək nəticələr imkan verəcək ki, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə  yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan uğurlu inkişafını davam etdirəcək və yeni-yeni uğurlara imza atacaq.