YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ariane Bauer: Azərbaycan hökumətini humanist davranışlarına görə təqdir edirik

Avqustun 30-u dünyada itkin düşmüş şəxslərin anım günüdür. Qırmızı Xaç Aypara Cəmiyyətinin vəzifəsi itkin insanları tapıb ailələrinə qovuşdurmaqdır. Cəmiyyətimizin axtarış şöbəsi yaxınlarını itirmiş insanlara yardım edir.

Bu fikirləri Qırmızı Xaç Aypara Cəmiyyətinin Azərbaycanda nümayəndəsi Ariane Bauer Ariane Bauer avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən konfransda deyib.

Ariane Bauer deyib: "İtkin düşən insanların yaxınlarının və qohumlarının gözü yoldadır. Biz onları qovuşdurmaq üçün səylərimizi əsirgəmirik.

Azərbaycan hökumətini humanist davranışlarına görə təqdir edirik. Çünki Azərbaycan hökuməti öz üzərinə düşən öhdəliyi layiqincə və humanizm prinsipləri əsasında yerinə yetirir və Qırmızı Xaç Aypara Cəmiyyətinə işinə kömək edir".