YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın fəaliyyəti humanistlik rəmzi və dövlətçiliyə sədaqət nümunəsidir

Əli  HÜSEYNLİ,

Milli Məclisin deputatı

Ölkəmizin müasir inkişaf mərhələsində parlaq fəaliyyəti ilə seçilən ictimai-siyasi və dövlət xadimlərindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. O, ölkənin birinci xanımı kimi Ulu öndərin siyasətini uğurla davam etdirən və zamanın fövqünə qalxmağı bacarmış Prezident İlham Əliyevlə çiyin-çiyinə yorulmadan geniş və məhsuldar fəaliyyət nümunəsi nümayiş etdirməkdədir.

2017-ci ildə Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ali dövlət vəzifəsinə təyin olunması onu böyük səmimiyyətlə sevən Azərbaycan xalqının ürəyincə olmuşdur. Çünki siyasi fəaliyyətə başladığı ilk gündən insan amilini daha qabarıq şəkildə ortaya qoymaqla  qayğı və mərhəmət simvoluna çevrilmiş, çoxşaxəli fəaliyyəti ilə milyonların rəğbətini qazanmışdır. Bu kürsüdə o, öz fəaliyyətini  yeni keyfiyyətdə daha böyük əzmlə, daha səmərəli şəkildə  davam etdirir. Hər işdə birinciliyi qoruyub saxlamağı bacaran Mehriban  xanım təkcə özünü deyil, həm də müasir və mütərəqqi düşüncəli Azərbaycan qadınını, Azərbaycan dövlətini, türk və islam dünyasını, modern dövlət quruculuğunda fəal iştirak edən siyasətçiləri, diplomatları, ictimai, mədəniyyət xadimlərini təmsil edir. Onun ali səviyyədə nümayiş etdirdiyi dövlətçilik mövqeyi birinci xanımı özlərinə örnək sayan qadınların cəmiyyətdə yerinin və rolunun keyfiyyətcə yeni səviyyəyə qalxmasına, onların daha fəal olmasına böyük təsir göstərib. Çünki mükəmməl şəxsiyyət olan Mehriban xanım bu gün də öz fəaliyyəti ilə yalnız şəxsi nümunə göstərməklə kifayətlənmir, o, həm də qadınları bu fəaliyyətə səfərbər etmək kimi vacib funksiyanın daşıyıcısıdır.

Bütün fəaliyyəti boyu humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı statusunda  gördüyü işlər milli qanunviciliyin təkmilləşməsinə və ölkə parlamentinin fəaliyyətinin canlanmasına da böyük təsir göstərmişdir. Onun təşəbbüsü ilə elan edilmiş 4  amnistiya aktı on minlərlə ailəyə hədsiz sevinc bəxş edib. Mehriban xanım Əliyeva bu gün də hər zaman olduğu kimi müxtəlif sahələrdə şərəfli dövlətçilik missiyasını və bununla bağlı məsuliyyəti öz zərif çiyinlərində daşımaqla ona ölkə prezidenti və xalq tərəfindən göstərilən yüksək etimadı layiqincə doğrultmaqdadır. Qadın amilinin davamlı dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, eləcə də beynəlxalq aləmdə tarixin arxivinə gömülmüş Dağlıq Qarabağ nünaqişəsi ilə bağlı ədalətli baxışların formalaşması, Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsi istiqamətində görülmüş işlər məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə zənginləşmişdir. Təqdirəlayiqdir ki, Azərbaycan tarixinin şərəf və ləyaqət simvoluna çevrilən  Vətən müharibəsindən sonra böyük vüsət almış yeni bərpa və quruculuq işlərinin təşkilində dəyərli təşəbbüslərlə çıxış edən Heydər Əliyev Fondunun müstəsna rolu vardır.

Ölkənin ali rəhbərliyində təmsil olunması Mehriban xanım Əliyevanın ölkədaxili fəaliyyəti ilə yanaşı xaricdəki fəaliyyətinə də yeni, müsbət çalarlar gətirib. Dünyanın mədəniyyət beşiklərində müxtəlif tədbirlərin təşkili Azərbaycan reallıqlarının, ümumilikdə Azərbaycanın bir dövlət kimi təqdimatında xüsusi rol oynayır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri olaraq o, tolerantlığın, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində ölkəmizə və dünyamıza böyük xidmətlər göstəmiş olur.

Azərbaycan mədəniyyətinin və incəsənətinin keşiyində durmaqla yanaşı həmdə dünya mədəni irsinin qorunmasını hədəf seçmiş və böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycan da, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz Mehriban xanımın misilsiz fəaliyyəti dayanır. Diqqətçəkən faktdır ki, Fondun Rusiya, İtaliya, Vatikan, Pakistan və digər xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr ikinci Qarabağ savaşında beynəlxalq dəstəyin əldə olunmasında öz töhfəsini vermişdir.

Vaxtilə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, ilk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə rəhbərlik etmiş və eyni zamanda  Azərbaycan Gimnastika Fedarasiyasının Prezidenti olan Mehriban xanım Əliyeva ölkəmizin idman potensialının reallaşması və idman olkəsi kimi tanınmasına da böyük təkan vermişdir. Azərbaycanın idman ictimaiyyəti onun istər ölkə miqyaslı, istərsə də beynəlxalq yarışların keçirilməsində nümayiş etdirdiyi təşkilatçılıq bacarığından və təcrübəsindən bu gün də davamlı olaraq bəhrələnməkdədir.

Ali hakimiyyət kürsüsünün məsuliyyəti və çoxşaxəli ictimai-siyasi fəaliyyətin ağırlığı Mehriban xanımın Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi ölkənin ictimai-siyasi həyatında oynadığı çox əhəmiyyətli rola və mövqeyə mane ola bilməyib, əksinə yeni siyasi konfiqurasinın formalaşması fonunda bu sahədə aparılan işlərə diqqət daha da artıb. Əminəm ki, Mehriban xanım Əliyeva daim bu xalqın maraqları, mənafeyi, inkişafı üçün çalışan, bu dövlətin möhkəmliyinin,  müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması naminə bütün səy və bacarığını ortaya qoymuş ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı kimi bu tandemin Zəfər yoluna uğurla davam etməsi üçün bundan sonra da oz sanballı sözünü deyəcəkdir.