YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Milli Olimpiya komandasının 5 üzvü “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.

Dövlətimizin başçısı, həmçinin “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” da Sərəncam imzalayıb. Sərəncama əsasən, ikinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat, üçüncü yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə əlli min manat mükafat müəyyən edilib.