YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfiri: 14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük

14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük. İlk növbədə Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkürümüzü bildiririk.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Türkiyədə yanğın başlayanda ilk dəqiqələrdən Azərbaycan öz dəstəyini göstərdi, yardımlarını göndərdi. Azərbaycanlı yanğın söndürənlər əllərindən gələnləri edirlər: "Bu gün Türkiyə bayrağı da dəstək məqsədilə Heydər Əliyev Mərkəzində dalğalandırılmaqdadır. Bu da öz növbəsində Azərbaycanın növbəti dəstəyidir. Bu dəstəyə görə bütün qardaşlarımıza təşəkkür edirəm".