YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ann Linde: Ermənistan-Azərbaycan sərhədindəki gərginlik narahatlığa səbəb olur

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər narahatlığa səbəb olur.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde özünün “Twitter” səhifəsində yazıb.

Ann Linde tərəfləri son humanitar addımları inkişaf etdirməyə və ötən ilin noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatı yerinə yetirməyə çağırıb.