YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlan Qələndərli: Seçkilərin nəticələri revanşistlərin tam iflasının əyani təsdiqidir

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri təkcə ölkədaxili ictimai-siyasi münasibətlərin deyil, həm də regiondaki geosiyasi reallığın məntiqi yekunudur. Azərbaycan uzun illər bölgədə təcrid vəziyyətinə salaraq autsaydere çevirdiyi Ermənistanı ötən il baş vermiş 44 günlük müharibədə ağır məğlubiyyətə uğratdı, ölkəmiz erməni separatizmi məhv etdi, erməni faşizminin başını əzdi. Azərbaycanın dərin strateji diplomatiya siyasəti, yaratdığı yeni geostrateji reallıqlar məğlub ölkə ictimaiyyətini düşünməyə və adekvat nəticə çıxarmağa məcbur etdi. Beləliklə, Ermənistan cəmiyyəti də gördü ki, təcavüzkar siyasət yalnız faciə və fəlakət vəd edir, o cümlədən yeni reallıqlar fonunda revanşizmin heç bir perspektivi yoxdur. Ona görə də erməni ictimai rəyi revanşist iddialarla çıxış edən Koçaryan və Sarkisyan kimi hərbi-siyasi cinayətkarları növbəti dəfə rədd etdi, tarixin arxivinə göndərdi".

Bu fikirləri Yeni TV-nin canlı yayımında politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, seçkilərin nəticələri artıq Koçaryan-Sarkisyan cütlüyünün fiaskosu fonunda revanşistlərin tam iflasının əyani təsdiqidir: "Ümumiyyətlə reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev cinayətkarları -  R.Koçaryan və S.Sarkisyanı həm hərb, həm də siyasət meydanda məhv etdi. İndi yeni reallıqların fonunda Ermənistan hakimiyyətinin yegane seçimi praqmatik və konstruktiv mövqe nümayiş etdirmək olmalıdır.  Belə olan halda məğlub ölkə yeni imkanlardan faydalana bilər".