YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Qarabağda vəziyyətin sabitləşməsi barədə Türkiyə, Ermənistan və Azərbaycanla sıx əlaqə saxlayır

Rusiya Qarabağda vəziyyətin sabitləşməsi barədə Türkiyə, Ermənistan və Azərbaycanla sıx əlaqə saxlayır.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib: “Biz Ankara, Bakı və Yerevan ilə sıx əlaqədəyik və hesab edirik ki, atılan hər bir addım Cənubi Qafqazda bundan sonrakı vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına, bütövlükdə vəziyyətin düzəlməsinə kömək olmalıdır və gərginliyin artmasına səbəb ola biləcək hər hansı elementləri özündə əks etdirməməlidir”.