YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri təşkilatın fəal gəncləri ilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb. F.Vəliyev şəhidlərimizin valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib. Bildirilib ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Görüşdə həmçinin, təşkilatın nümayəndələri şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.