YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mustafa Kamal Atatürkün və Heydər Əliyevin siyasi strategiyası uğurla davam edir

YAP Veteranlar Şurasının üzvü,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Tahir Məmmədov

         Müstəqil, yenilməz Azərbaycan dövləti və qədirbilən, şanlı Türk xalqı bu günlər öz tarixlərinin ən önəmli günlərini yaşayır. “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən,  - böyük Mustafa Kamal Atatürkün və “İki dövlət, bir millət” sözünü qürurla səsləndirən Ümummilli lider Heydər Əliyevin yaratdıqlarını bu hər iki müstəqil, qoşa dövlətin uğurları dünyanın sülhsevər insanlarını tərəqqipərvər ölkələrini nura qərq etmişdir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması can bir qəlbdə olan iki qardaş, - Azərbaycan və Türkiyənin bütün sıcaq münasibətlərinin keyfiyyətcə yeni uğurlu müttəfiqlik yüksəlişinə qaldırılmasının, iki ölkənin bir-birinə əsrlərlə bağlı insanlarının eyni maraqları, eyni mənafe ocaqlarında, hədəflərində bir daha birgə yaşayıb-yaratmaqlarına xidmət edəcəkdir. Hər iki qardaş xalqın, hər iki yenilməz dövlətin ümumi maraqlarının qorunmasına ölkənin siyasi, iqtisadi, müdafiə, humanitar, təhsil, sosial, səhiyyə, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşməsinin mühüm əhəmiyyəti indən  belə hər gün, hər saat öz uğurlarının səmərəsini göstərəcəkdir.

Bəyannamə həmçinin milli beynəlxalq öhdəlikləri nəzərə almaqla, - dəniz, hava, kosmos sahələrində birgə qarşılıqlı texnologiya mübadiləsini həyata keçirəcək müştərək qabiliyyətlərin inkişaf məqsədilə müsbət nailiyyətlərin töhfələrinin bitib-tükənməz mənbəyinə çevriləcəkdir. Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılmasını və dəhlizin davamı kimi Naxçıvan -  Qars dəmir yolları tikintisinin iki qardaş ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə böyük təkan verəcəkdir.  Ən əsas və böyük hadisələrdən biri isə tərəflər arasında vətəndaşların bir-birinin ərazisinə təkcə şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmələri haqqında razılaşmanın məşhur Şuşa Bəyannaməsində vacib yerlərindən birini təşkil etməsidir.

         Hər iki dövlətin, - Türkiyə Respublikasının sayın  prezidenti Rəcəb Təyyub Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladıqları uzun əsrləri müşayiət edərək tarixi sənəd iki qardaş dövlətin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliklərinin möhkəmləndirilməsinə etibarlı və inamlı xidmət edəcəkdir. Bununla da bütün dünya bir daha görüb inandı ki, Azərbaycan tək deyil, onun doğma qardaşı, - böyük Türkiyəsi var. Və o həmin Türkiyə dünya dövlətləri sırasında öz yeri olan, sayılıb seçilən bir demokratik, yenilməz və hərbi cəhətdən gələnəksəl, - modern bir ölkədir. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatla etdikləri çıxışlarındakı önəmli çalarlar, müdrik kəlamlar hər iki dövlətin insanlarını inamlı gələcəyə bağlayan firavan həyat tərzi,  hətta duyğusal fikirlər var idi ki, onları riqqətsiz dinləmək olmurdu. Cənab İlham Əliyev böyük vüqarla bütün dünyaya fərəh və qürur hissi ilə ərz elədi ki, “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Azərbaycana birmənalı dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarında o demişdir ki, Azərbaycan tək deyil”!

İnam, məhəbbət, ümid dolusu sözlərdir. Bəli, Azərbaycanın Türkiyə boyda məğlumedilməz qardaş ölkəsi, sayın Rəcəb Təyyub Ərdoğan kimi cəsarətli  doğma qardaşı və cənab İlham Əliyev kimi qalib rəhbəri vardır!

Və həm də hər iki prezidentlərin başlarının üzərində, ürəklərinin geniş səmasında parlaq Günəş şüaları kimi  Ulu Öndərlərin, - Mustafa Kamal Atatürkün və Heydər Əlirza oğlu Əliyevin əbədiyaşar ruhu və tövsiyələri dolanır.

Sayın Rəcəb Təyyub Ərdoğan isə fərqli  həyəcan hissləri içində söylədiyi sözlər yəqin ki, ulu Tanrının dərgahına kimi yüksələ bildi.  – “Allaha şükürlər olsun ki, daha əvvəl verdiyim sözümüzü bugün yerinə yetirdik. 44 günlük məlum müharibənin nəticəsində Qarabağ öz sahiblərinə qovuşdu, erməni işğalından, erməni zülmündən  azad edildi”.

“Erməni zülmü, erməni işğalı” – bunu Ərdoğan zati-aliləri deyir və əlavə edir ki, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərlərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik”!

 Bu siqlətli sözlər və təkliflər mütərəqqi ölkələri sevindirir, xalqsevər insanları qürurlandırır. Amma... təəssüflə deməliyik ki, içərimizdə olan hələ də vəzifə, hakimiyyət hərisliyindən əl çəkmək istəməyən AXC - Müsavat cütlüyünün siyasi cəhətdən didarsız üzvləri bu boyda Zəfəri, Qələbəni görmək istəmir. Riyakar alturizmlə dolu sərsəm fikirlər yaymağa çalışırlar. İki qardaş ölkənin sarsılmaz birliyi, aralarında ciddi mənəvi dəyərlərə bağlı olan həmrəyliklə cilalanmış tarixi Şuşa Bəyannaməsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların bu böyük zəfərlə bağlı xoş, ürəkaçan bəyanatları AXC-Müsavatın xəyanətkar mövqeyini yenə də dəyişdirə bilmədi. Onlar bu uğurlara nəinki sevinmədi, hətta dodaq da büzdülər. Həmin cütlük yenə də  əvvəlki nimdaş brendinə, imicinə üz tutaraq böhtanlar yaymağa başladılar. Necə deyərlər hadisələrə öz gözləri ilə yox, dizlərinin gözləri ilə tamaşa etməyi üstün tutdular. Həyasızcasına “Türkiyənin Azərbaycanda hərbi bazaları olmayacaq” deyə yazanlar da oldu. Olayların semiotik bölümünə baş vuranda hər bir işin ictimai-siyasi faktalogiyasının sözü, təsiri konvergensiyası artıq sübut edir ki, AXC- Müsavat cütlüyü öz saxta obrazları ilə həyat səhnəsində artıq autsayderə çevrilən ünsürlər kimi çoxdan unudulmuş, yaddan  çıxmışlar. Qalib və Müzəffər Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə Yeni Azərbaycan gündən günə uğurla gələcəyə doğru irəliləyir, Azərbaycanın siyasət üfüqlərində parlaq ulduzu həmişə bərq vurur.